Almaniya səfiri Azərbaycandakı missiyasını başa vurur
APA-nın məlumatına görə, bu barədə səfir bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, Almaniyada diplomatlar səfir vəzifəsinə 3 illik təyin olunur: “Mən 2010-cu ilin avqust ayında Azərbaycana səfir təyin olmuşam və bu il missiyam başa çatır. Məndən əvvəl təyin olunan səfir 4 il fəaliyyət göstərmişdi, lakin bu, istisna hal idi, çünki o, bu vəzifədən sonra dərhal təqaüdə çıxıb”.