• cümə axşamı, 25 aprel, 20:55
  • Baku Bakı 21°C

Almaniya millisini Berlinə gətirən təyyarə qəzaya uğradı

15.07.14 15:31 1253
Almaniya millisini Berlinə gətirən təyyarə qəzaya uğradı
DÇ-2014-ün qalibləri Vətənə qayıdıblar. Sportnet.az-ın məlumatına görə, Almaniya yığmasını gətirən təyyarə Otto Liliental adına "Berlin-Tegel" aeroportuna enib.
Qəhrəmanları qarşılamağa 10 minlərlə futbolsevər gəlib. Təqribən eyni sayda da fanat milli üzvlərini "Branderburq dərvazası"nın qarşısında gözləyirlər. Almaniya KİV-inin məlumatına görə, yığma komanda həmin arxitektura abidəsinin qarşısından açıq avtobusla keçəcək.
Ancaq fanatlar gözləniləndən 2 saat artıq intizarda qalmalı olublar. Buna Rio-de-Janeyroda yük arabasının laynerə toxunması səbəb olub. Nəticədə təyyarənin gövdəsində cızıq əmələ gəlib. Mütəxəssislərin təyyarənin təhlükəsizliyi ilə bağlı rəyinin alınması üçün Almaniya yığmasının nümayəndə heyəti 2 saat gözləməli olub.
Qeyd edək ki, Braziliyada keçirilən dünya çempinatında Almaniya tarixində 4-cü dəfə qızıl medallara sahib olub.
banner

Oxşar Xəbərlər