• şənbə, 20 Aprel, 01:46
  • Baku Bakı 15°C

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola bilər

08.06.18 13:45 646
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola bilər
BMT Baş Assambleyası iyunun 8-də Təhlükəsizlik Şurasına iki il müddətinə - 2019-cu və 2020-ci illər üçün beş qeyri-daimi üzv seçəcək.
AZƏRTACxəbər verir ki, bu ölkələrdən birinin Almaniya olacağı ehtimal edilir. Çünki İsrail öz müraciətini geri götürdükdən sonra Qərb ölkələri üçün ayrılan iki yerə Belçika və Almaniya iddialıdır. Hər iki namizəd dövlət BMT-yə üzv ölkələrin ən azı üçdə ikisinin səsini qazanmalıdır. Yəqin ki, bu, baş verəcək. Təhlükəsizlik Şurasının üzvlüyünə, həmçinin Cənubi Afrika Respublikası və Dominikan Respublikası iddialıdır. Asiya-Sakit Okean regionu nümayəndələrinə ayrılan yer üçün isə İndoneziya və Maldiv Respublikası rəqabət aparırlar.
Almaniyanın xarici işlər naziri Hayko Mas ABŞ-a bu yaxınlarda etdiyi iki səfərində bildirib ki, Berlin "xüsusən də böhran vəziyyətinin aradan qaldırılması, sülhün və sabitliyin təminatı məsələlərində mühüm rol oynamağı nəinki istəyir, həm də bunu bacarır”. O, həmçinin xatırladıb ki, Almaniya BMT-nin büdcəsinə ödəmələrin böyüklüyünə görə dünyada dördüncü, həmçinin dünya üzrə humanitar yardımda ikinci donor ölkə olaraq qalmaqdadır.
Almaniya BMT-də böyük etimada malikdir. H.Mas aprelin sonlarında bildirmişdi ki, "söhbət təkcə ondan getmir ki, bir çox ölkələr Təhlükəsizlik Şurasına daxil olmağa bizim namizədliyimizi dəstəkləyir. Bizdən sadəcə olaraq, onun işinə töhfə verməyimizi tələb edirlər”. Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasında Almaniya xarici işlər nazirinin nitqinin əsas tezisləri silahlandırılma əvəzinə silahsızlaşdırma, qarşıdurma əvəzinə dialoq olub.
banner

Oxşar Xəbərlər