• çərşənbə axşamı, 23 aprel, 10:06
  • Baku Bakı 20°C

Almaniya bankı Gürcüstana 150 milyon avro kredit ayıracaq

21.08.18 10:00 445
Almaniya bankı Gürcüstana 150 milyon avro kredit ayıracaq
Almaniyanın İnkişaf və Yenidənqurma Bankı Gürcüstana 150 milyon avro kredit ayracaq.
AZƏRTACxəbər verir ki, bunu Gürcüstan Baş naziri Mamuka Baxtadze bəyan edib.
Hökumət başçısı deyib ki, bununla əlaqədar yaxın günlərdə Bankla Gürcüstanın Neft Qaz Korporasiyası arasinda kredit müqaviləsi imzalanacaq. Bu vəsait Gürcüstanda yeraltı qaz anbarının infrastrukturunun tikintisinə sərf olunacaq.
Baş nazir deyib: "Yeraltı qaz anbarı bizi bir sıra risklərdən qoruyacaq. Qaz anbarı tikildikdən və istifadəyə verildikdən sonra Gürcüstanda "mavi yanacaq” problemi öz həllini tapacaq. Bu anbar əhalini 30-45 gün müddətinə təbii qazla fasiləsiz təmin etməyə imkan verəcək”.

banner

Oxşar Xəbərlər