• cümə, 29 Mart, 15:43
  • Baku Bakı 14°C

Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir

23.08.19 16:00 2919
Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir
Almaniya federal hökumətinin antisemitizmə qarşı mübarizə üzrə müvəkkili Feliks Klyayn antisemitizmə qarşı mübarizə və Avropa həyat tərzinin müdafiəsi üçün daimi komissiyanın yaradılması haqqında qərarı "antisemitizmə qarşı mübarizədə çox böyük əhəmiyyəti olan dönüş nöqtəsi adlandırıb”.
AZƏRTACxəbər verir ki, komissiya həm federal, həm də əyalət səviyyəsində fəaliyyət göstərəcək. Bu qərar yəhudi icmaları liderlərinin federal Kansler Angela Merkel ilə görüşündən sonra hökumət tərəfindən qəbul edilib.
Klyaynın fikrincə, antisemitizmə qarşı mübarizə tədbirlərinin çoxu federal əyalətlərin səlahiyyətinə aiddir.
Antisemitizmə qarşı mübarizənin gücləndirilməsi zərurəti polis məlumatları statistikasının açıqlanmasından sonra yaranıb. Belə ki, məlumatlar Almaniyanın yəhudi əhalisi əleyhinə hücumların sayının artdığını göstərib.
banner

Oxşar Xəbərlər