• cümə, 19 Aprel, 11:09
  • Baku Bakı 13°C

Almaniya 1/4 finalda Fransa ilə qarşılaşacaq

01.07.14 08:08 1016
Almaniya 1/4 finalda Fransa ilə qarşılaşacaq
Bu qarşılaşma tərəflərin 3-cü görüşü kimi tarixə düşüb. Maraqlıdır ki, bu komandaların əvvəlki 2 oyununda ərəblər qalib gəlib. Həmin bu 2 matçın top fərqi Afrika təmsilçinin xeyrinə olub - 4:1. Üçqat dünya çempionları rəqibin müqavimətini ancaq əlavə edilmiş vaxtda qıra biliblər. Almaniya yığması çətinliklə Əlcəzair üzərində qələbə qazanıb - 2:1.
1 iyul, 1/8 final
Almaniya - Əlcəzair - 2:1
Qollar: Şürle, 92; Özil, 120 - Djabou, 120
Beləliklə dünya çempionatında daha bir 1/4 final cütlüyü məlum olub. Turnirin 1/4 finalında Fransa və Almaniya qarşılaşacaqlar.
Fransa 1/8 finalda Nigeriya üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Almaniya isə bu mərhələdə çox çətinliklə Əlcəzair komandasına evə göndərib - 2:1.
Fransa və Almaniya arasında 1/4 final iyulun 4-də Rio-de-Janeyrodakı "Marakana” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21-də başlayacaq.
Oxunub: 0
banner

Oxşar Xəbərlər