Alman dilini öyrənir

Alman dilini öyrənir

İdman
15 İyul 2019, 13:24 16059
Məşhur portuqal mütəxəssis Joze Mourinyo alman dilini öyrənir. 
 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Mourinyo özü verib. Ancaq o, alman dilini Bundesliqada işləmək üçün öyrənmədiyini bildirib: 
 
"Hazırda alman dilini öyrənirəm. Bundesliqa? Mən bu dilini ona görə öyrənirəm ki, onu bilmirəm. Mən ingilis, italyan, ispan, portuqal, fransız dillərində danışıram. 
 
Onlar arasında yalnız alman dili çatışmır. Ona görə də bu dili öyrənməyə qərar verdim”. 
 
Mourinyo 2018-ci ilin dekabrında "Mançester Yunayted”dən istefaya göndəriləndən sonra işsizdir.