AZE | RUS | ENG |


Alman deputat erməni silahlı bölmələrinin iki yaşlı Zəhranı qətlə yetirməsi ilə bağlı bəyanatla çıxış edib

Alman deputat erməni silahlı bölmələrinin iki yaşlı Zəhranı qətlə yetirməsi ilə bağlı bəyanatla çıxış edib
Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer erməni vəhşiliyi nəticəsində Füzulirayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar bəyanatla çıxış edib.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, TEAS-ın Berlin ofisinin sorğusuna cavab olaraq verdiyi bəyanatında Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakı halların baş verdiyini bildirən Stefan Mayer qeyd edib ki, nəticədə Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə səbəb olub: "Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın ölümü ilə yadda qaldı. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olub, bir milyona yaxın dinc sakin isə didərgin düşüb. Müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, yəni Azərbaycan ərazisinin beş faizini, həmçinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu da işğal edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir".
 
Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır: "Avropa İttifaqı və  Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləciyinə əmindir. Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanınıb. ATƏTçərçivəsində fəaliyyət göstərən Minsk Qrupu 1992-ci ildən bu günədək regionda sülh yaratmağa çalışır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur. BMT Xartiyasının II maddəsi, 3 və 4 saylı bəndinə əsasən, bütün ölkələr öz beynəlxalq mübahisələrini elə həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin hər bir üzvü digər ölkənin ərazi bütövlüyünə təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar".
 
S.Mayerin sözlərinə görə, 2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ konfliktinin 20 illiyinə həsr olunmuş toplantıda, CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həll yollarına dair müzakirələr keçirib və öz təkliflərini verib. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq: "Bu baxımdan Almaniya Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və həllini tapmalıdır".









Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007