• cümə axşamı, 18 aprel, 10:42
  • Baku Bakı 12°C

Alleqrinin arzusu - “Real”dan kimin oynamasını istəmir?

02.06.17 15:25 1341
Alleqrinin arzusu - “Real”dan kimin oynamasını istəmir?
"Yuventus”un baş məşqçisi Massimilano alleqri Çempionlar Liqasının finalında "Real”la keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Alleqri "Real”ın heyətində hansı futbolçunun meydana çıxmasını istəmədiyini də açıqlayıb. O, hazırda Zidanın meydana buraxacağı heyəti müəyyənləşdirməyə çalışdığını bildirib:
"İndi yalnız bu haqda düşünürəm: görəsən Zidan İskonu start heyətində meydana buraxacaq, ya yox. Ancaq mənim üçün ən yaxşı variant o olardı ki, Kasemiro meydana çıxmasın.
Bu futbolçu "Real”ın balanslaşdırılmış oyun sərgiləməsinə təminat yaradır. Hesab edirəm ki, o komanda oyunu üçün fundamental əhəmiyyət daşıyır.
Əlbəttə, Kasemiro "Real”ın ən texnikalı futbolçusu deyil. Ancaq onun meydanda gördüyü işi qiymətləndirməmək mümkün deyil. Ondan başqa heç kim bu funksiyanı yerinə yetirə bilməz. Kasemiro əsas heyətdə oynamağa başlayandan sonra "Real”da çox şey dəyişib”.
"Real” - "Yuventus” oyunu iyunun 3-də keçiriləcək.
banner

Oxşar Xəbərlər