• cümə, 26 Aprel, 19:49
  • Baku Bakı 22°C

Allahşükür Paşazadənin 65 illik yubileyi Tiflisdə

12.08.14 16:54 1006
Allahşükür Paşazadənin 65 illik yubileyi Tiflisdə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.
QMİ-dən APA-ya verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.
Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.
Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər