• cümə axşamı, 18 aprel, 18:55
  • Baku Bakı 21°C

Allahşükür Paşazadə yas çadırlarından danışdı

13.05.14 10:30 1073
Allahşükür Paşazadə yas çadırlarından danışdı
“Bəzi fikirlər var ki, yas çadırlarını yığışdıraq. Yas çadırlarında bir tərəfdə yeyirlər, siqaret çəkirlər, bir tərəfdə də Quran oxuyurlar. Bu yolverilməzdir”.
Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.
onun sözlərinə görə, Hacı Sabirlə 20 il əvvəl bunu yığışdırmaq barədə düşünüblər: “Fikirləşmişdik ki, gələn adam yasda başsağlığı versin, getsin. Din xadimləri də 1-2 saat yas çadırında qalsın, sonra getsiin. Qurana məsciddə qulaq asılmalıdır. Gələcəkdə bu məsələlərinin üzərinə gəlinəcək. Bu, kommunist rejiminin gətirdiyi bəlalardır”./apa/
banner

Oxşar Xəbərlər