• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Allahşükür Paşazadə "Sovetski"də iki məscidin sökülməsinə münasibət bildirib

12.04.17 13:30 833
Allahşükür Paşazadə "Sovetski"də iki məscidin sökülməsinə münasibət bildirib
"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".APA-nın xəbərinə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".
Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər