• çərşənbə axşamı, 16 aprel, 23:26
  • Baku Bakı 18°C

Allahşükür Paşazadə: “Qoy, ermənilər Azərbaycana gəlsinlər”

19.09.13 09:49 1108
Allahşükür Paşazadə: “Qoy, ermənilər Azərbaycana gəlsinlər”
“Bəziləri deyirlər ki, indiki şəraitdə erməniləri Azərbaycana buraxmaq olmaz, amma mən deyirəm ki, gəlsinlər”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, ermənilərin Azərbaycana gəlməsinə etiraz etmək lazım deyil: “Qoy, gəlsinlər, inkişafı görsünlər, həqiqəti anlasınlar. Ötən dəfə Ermənistana konfransa getmişdim. Heç bir inkişaf yoxdur, köhnə binalar, sovet maşınları… Əgər onlar bizim torpaqları işğal etməsəydilər, bu əməlləri törətməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”.
banner

Oxşar Xəbərlər