• çərşənbə axşamı, 19 mart, 09:29
  • Baku Bakı 8°C

Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”

25.09.17 14:50 641
Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”
İstanbul şəhərində "Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.
Toplantının açılışında çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə DAEŞ və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib: "Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan AzərbaycanınXocalıqəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.
A. Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanınİraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlıdini ekstremizmin və terrorun qarşısının alınması üçün "dində vəhdət və birlik” ideyasını həyata keçirdiklərini söyləyib. Bu ideyanı ölkədə və bölgədə uğurla həyata keçirdiklərini diqqətə çatdıran M. Qurbanlı bu istiqamətdəki təşəbbüslərini dünya miqyasında davam etdirəcəklərini vurğulayıb.
Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ çıxışında bu toplantını "bir millət, iki dövlət” arasındakı həmrəyliyin və eyni mədəniyyətdən bəslənən insanların bir-birinə daha çox yaxınlaşmalarının örnəyi kimi gördüyünü deyib. O, konfransda iştirak edən elm adamlarına müraciət edərək "DEAŞ, FETÖ, "Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür. "Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, "Quran” yoluyla mübarizə apara bilərik”, - deyə B. Bozdağ vurğulayıb.
Konfrans elm və din adamlarının çıxışları ilə davam edib.
banner

Oxşar Xəbərlər