• cümə axşamı, 18 aprel, 13:45
  • Baku Bakı 22°C

Allahşükür Paşazadə axund və imamlara göstəriş verib

14.02.18 15:00 713
Allahşükür Paşazadə axund və imamlara göstəriş verib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdəİlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib.
APA-nın məlumatına görə, Şeyxülislam bu gün idarədə din xadimləri ilə keçirilən görüşdə bildirib ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul etdiyi müraciət bu həftənin cümə günü xütbə zamanı xalqa çatdırılmalıdır: "Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq".
banner

Oxşar Xəbərlər