• cümə, 19 Aprel, 05:38
  • Baku Bakı 18°C

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır

12.01.18 11:40 753
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır
Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları -Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəburvə s., planet adları, mifonimlər -Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevsvə s. böyük hərflə verilir.
Layihədə təklif olunur ki, tərkibindəşöbə, lisey, gimnaziya, vəqf, məktəbsözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn,Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbivə s.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçünNazirlər Kabinetinə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər