• şənbə, 20 Aprel, 02:31
  • Baku Bakı 15°C

Alina Sanko “Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib

14.04.19 13:45 736
Alina Sanko “Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib
Alina Sanko "Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib.
AZƏRTAC xəbər verir ki, Rostov vilayətinin sakini, 20 yaşlı Alina Sanko Rusiya gözəli seçilib. Müsabiqənin finalı aprelin 13-də Moskva vilayətindəki "Barvixa Luxury Village” konsert zalında keçirilib.
Müsabiqədə birinci vitse-miss titulunu Yekaterinburqdan olan Arina Verina, ikinci vitse-miss adını isə Tatarstan sakini Ralina Arabova qazanıblar.
İstedadlar, milli geyimlər, "Nə? Harada? Nə vaxt?” yarışlarından ibarət müsabiqə Rusiya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə geçirilir. Qalibə ağ qızıldan hazırlanmış tac və 3 milyon rubl məbləğində mükafat təqdim olunub. Final mərhələsinin qalibləri Rusiyanı "Dünya gözəli” və "Kainat gözəli” müsabiqələrində təmsil etmək hüququ qazanırlar.
banner

Oxşar Xəbərlər