• cümə, 29 Mart, 02:53
  • Baku Bakı 7°C

Alimlərin araşdırması: Futbol həm xəstəliklərə yol açır, həm də...

23.10.19 13:45 442
Alimlərin araşdırması: Futbol həm xəstəliklərə yol açır, həm də...
Britaniya alimləri futbolla məşğul olan insanlar üzərində araşdırma aparıblar.
Kaspi.az xəbər verir ki, Qlazqo universitetinin əməkdaşlarının apardıqları araşdırmalardan sonra məlum olub ki, futbolla məşğul olmaq gələcəkdə bir sıra xəstəliklərə tutulma ehtimalını artırır. Alimlər 1900-1976-cı illər arasında doğulmuş 7676 sabiq futbolçunun ölüm səbəblərini araşdırıb.
Məlum olub ki, sabiq futbolçular əsasən alsqeymer və parkinson xəstəliklərinə daha çox məruz qalırlar. Amma pozitiv məqamlar da var. Belə ki, futbolçular ürək xəstəliklərinə və xərçəngin bəzi növlərinə daha az tutulurlar.
Alimlər 2002-ci ildə "Vest Bromviç”in sabiq futbolçusu Ceff Estlanın ölümündən sonra araşdırma aparıblar. Onun ölümünə səbəb, futbolçu karyerası zamanı başından aldığı zərbələr olub.
banner

Oxşar Xəbərlər