• cümə axşamı, 25 aprel, 13:15
  • Baku Bakı 23°C

Alimlər özünü bərpa edən material hazırlayıblar

12.10.18 12:08 333
Alimlər özünü bərpa edən material hazırlayıblar
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksid qazı ilə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.
AZƏRTACrunews24.ru saytına istinadla xəbər verir ki, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiri ilə özünü bərpa etməsidir. Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.
Yeni materialdan qoruyucu dam örtüklərinin, təmir və tikinti materiallarının istehsalında istifadə etmək mümkündür.
banner

Oxşar Xəbərlər