AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Alimlər zəncəfil və sarımsağın ömrü uzatdığını təsdiqləyirlər

Alimlər zəncəfil və sarımsağın ömrü uzatdığını təsdiqləyirlər

Təfsilat
05 Mart 2021, 23:59 845
Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan soyuqdəymə prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.
AZƏRTAC "MedikForum” saytına istinadla xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stres və iltihab yaşlanmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən "Express” nəşriyyatı zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.
Sarımsaq. Tokioda Yakut şirkətinin təşkil etdiyi qocalma problemlərinə həsr olunmuş tədqiqat konfransında təqdim edilən nəticələrə görə, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər ədviyyəli tərəvəzin bağırsaq üçün faydasını sarımsağın tərkibindəki "yaxşı” bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.
Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) "pis” xolesterinin səviyyəsi azalır.
"Express” həmçinin xəbər verir ki, zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.
Zəncəfil və sarımsaq. "Sift Deck Research Page” dərc olunan tədqiqatın nəticələri antioksidant və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.
"Əvvəlki işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stresi azaldan qlutation kimi daxili antioksidantların səviyyəsini artırdığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir və bu xüsusiyyətlər qocalma prosesini ləngidir”, - deyə elmi ekspertlər vurğulayır.
Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.