• çərşənbə, 24 Aprel, 04:09
  • Baku Bakı 14°C

Alimlər yoqurt tullantılarından bioyanacaq yaradıblar

17.12.17 12:00 1801
Alimlər yoqurt tullantılarından bioyanacaq yaradıblar
ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoqurt tullantılarından bioyanacaq yaradıblar.
Trend-in məlumatına görə, tədqiqatçılar bakteriyaların köməyi ilə süd məhsulunu iki üzvi turşu qarışığına çeviriblər. Həmin qarışığı reaktorlarda emal edən alimlər karbohidrogen sinfindən uzun zəncirli molekullar alıblar.
Sözügedən molekullar bioyanacaq yaradılması üçün ideal vasitədir. Yoqurtdan emal edilən yeni yanacağı aviasiya mühərrikləri üçün istifadə etmək olar.
banner

Oxşar Xəbərlər