AZE | RUS | ENG |

Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır

Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır
ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, Antarktidada buzlar qırx il əvvəl olduğundan altı dəfə çox əriyir. Ərimə prosesinin güclənməsi yaxın on ildə dənizlərin səviyyəsinin qalxmasına səbəb ola bilər.

AZƏRTAC "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, 1979-1989-cu illərdə Antarktidada hər il 40 milyard ton buz əriyib. 2009-cu ildən isə bu rəqəm 252 milyard tona çatıb. Dənizlərdə suyun səviyyəsinin bir millimetr qalxması üçün 360 milyard ton buzun əriməsi lazımdır. Alimlər bildirirlər ki, hətta daha dayanıqlı ərazi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb.

Tədqiqatçıları narahat edən odur ki, karbon qazının emissiyasının artması qlobal fəlakəti daha da yaxınlaşdırır. Onlar əlavə ediblər ki, 2100-ci ildə Yer kürəsində qlobal quraqlıq, isti, güclü tufanlarla yanaşı, dəniz səviyyəsinin 1 metr qalxması da gözlənilir. Bu, insanların yaşadığı adaların, o cümlədən Maldiv və Seyşelin su altında qalmasına, şirin su mənbələrinin yox olmasına gətirib çıxaracaq. XX əsrin əvvəlindən etibarən dənizlərin səviyyəsi 20 santimetr artıb.

Məqalədə qeyd olunur ki, Antarktidada bütün buzlaqların əriməsi dəniz suyunun 57,2 metr qalxmasına səbəb ola bilər. Bu prosesin güclənməsi isə nəhəng buz dağlarının okeana batması nəticəsində onların isti su ilə əhatə olunmasıdır. Güclü qar yağması bunun qarşısını almalıdır, lakin bu amil son illər buz təbəqəsinin əriməsinə əngəl ola bilmir. 1979-cu ildən bəri Payn Aylend buz dağı trilyon tondan çox buz itirib, Tueytsa buzlağında isə ərimə 634 milyard ton olub. Ən çox buz təbəqəsinin yerləşdiyi Şərqi Antarktidada da iqlim dəyişməsi hiss olunur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219