• cümə, 19 Aprel, 03:00
  • Baku Bakı 18°C

Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar

11.12.16 15:26 880
Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar
Çin və Kanadadan olan alimlər Myanmada tapdıqları qeyri-adi kəhrəba barədə məlumat yayıblar. Yaponiyanın NHK televiziya kanalının yaydığı məluamata görə, onlar kəhrəbanın daxilində balaca dinozavrın quyruğunun lələklərini aşkar ediblər. Alimlər bildiriblər ki, həmin lələklərin yaşı 99 milyon ildən çoxdur.
Bu barədə məqalə ABŞ-ın "Current Biology” jurnalında dərc edilib. Həmin kəhrəba Myanmanın şimalında yerləşən Kaçin ştatındakı bazarlardan birində tapılıb. Alimlər bilidiriblər ki, kəhrəbanın daxilində dinozavra məxsus 36 millimetr uzunluğunda lələkli quyruq var.
Güman olunur ki, bu nadir tapıntı həmin növ dinozavrların görünüşü barədə müfəssəl məlumat əldə etməyə kömək göstərəcək.
banner

Oxşar Xəbərlər