• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Alimlər: İlk insanlar Zambezi çayının sahilində məskunlaşıblar

30.10.19 09:30 847
Alimlər: İlk insanlar Zambezi çayının sahilində məskunlaşıblar
Qədim insanların DNT analizləri göstərib ki, Homo sapiensin ilk nümayəndələri öz xələflərinin Afrikaya yayılmasından 70 min əvvəl Zambezi çayı sahilində məskunlaşıblar. Onların bu qənaətinin yer aldığı elmi məqalə "Nature” jurnalında dərc edilib.
AZƏRTACxəbər verir ki, Yeni Uels Universitetinin genetik alimi, tədqiqatın müəlliflərindən biri Vanessa Heysin sözlərinə görə, ilk iki insan qrupunun bu ərazini təxminən 130 və 100 min ilə əvvəl tərk etdiyi və iqlim dəyişmələri ilə əlaqədar şimal-şərq və cənub-qərb istiqamətinə yollandığı bildirilir. İkinci insan qrupu Afrikanın cənub hissəsində məskunlaşıb.
Bu yaxınlara qədər alimlər hesab edirdilər ki, Homo sapiens təqribən 200 min il əvvəl özlərinin neandertal və kromanyon əcdadlarından ayrıldıqdan sonra Şərqi Afrikada meydana gəlib. Digər tərəfdən, paleontoloqlar iki il əvvəl Mərakeşdə 300 min il yaşı olan müasir tipli insanın qalıqlarını aşkar ediblər. Onlar, həmçinin Afrikanı 130 min il əvvəl tərk edən insanların da sümüklərini tapıblar. Bundan başqa, CAR-da və qitənin şərqində aparılan qazıntılar göstərib ki, insanın əcdadlarının vətəni təkcə Mərakeş deyil, habelə Afrikanın bir neçə regionu ola bilər. Belə ki, arxeoloqlar CAR və Keniyadakı mağaralarda kromanyon mənşəli və 150-200 min il yaşı olan alətlər tapıb, həmçinin bu regionunu ilk insanlarının DNT-lərini analiz ediblər. Bütün bunlar təkamülçülər və antropoloqlar üçün deməyə əsas verir ki, insanlıq Afrikanın hansısa konkret nöqtəsində meydana gəlməyib və bu qitənin müxtəlif yerlərində qədim insan qrupları bir-biri ilə əlaqəli şəkildə yaşayıblar.
Heys və onun həmkarları Afrikanın Kalaxari səhrasında yaşayan koysan adlanan qədim qəbilə və onun qonşularının DNT nümunələrini analiz ediblər. Onları maraqlandıran DNT nüvəsi deyil, hüceyrələrin özünəməxsus enerji stansiyası rolunu oynayan genlərin bir hissəsi olub. Mitoxondrial DNT adlanan bu genlər birbaşa anadan uşağa keçir və çox uzun müddət dəyişməz qalır ki, bu da xalqlar arasında qohumluq əlaqələrini üzə çıxarmağa və insanlığın təkamülü prosesini izləməyə imkan verir. Analizlər nəticəsində məlum olub ki, koysanlar və Afrikanın digər xalqlarının DNT göstəricisi qədim qəbilələrinki ilə bənzərdir. Belə ki, L0 qaploqrupa aid olan insanlar bu ərazilərdə 200 min il əvvəl yaşayıblar. Onların ilk nümayəndələri isə Zambezi çayının sahilində məskunlaşıblar.
Alimlər qeyd ediblər ki, həmin dövrdə Afrikanın bu regionu səhraların ayırdığı vadilərdən ibarət olub. Bu vəziyyət 70 min il əvvəl – Yer kürəsinin öz oxu ətrafında fırlanmasında baş verən dəyişmə ilə yeni hal alıb. İqlim dəyişməsi Homo sapiensin Afrikanın digər regionlarına köçməsi ilə nəticələnib.
banner

Oxşar Xəbərlər