AZE | RUS | ENG |

Alimlər gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti olduğunu bildirir

Alimlər gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti olduğunu bildirir
Böyük Britaniyalı alimlər gündüz yuxusunun daha çox Alzheymer xəstəliyinin əlaməti olduğunu müəyyən edib.

Trend-in məlumatına görə, alimlər bir neçə min yaşlı insanı və onların yuxu rejimini 16 il ərzində müşahidə edib. Müəyyən olub ki, gündüz vaxtı yuxuculluq əksər hallarda Alzheymer xəstəliyinin yarandığına işarədir.

Mürgüdən şikayət edən təcrübə iştirakçıları yuxuculluq hiss etməyənlərdən üç dəfə çox Alzheymer xəstəliyinə meylli olub.

Daha əvvəl alimlər xəstəliyin profilaktikası üçün aktiv həyat tərzi sürməyi və pəhriz saxlamaq lazım olduğunu müəyyən etmişdilər. Lakin yuxu faktoru nəzərə alınmamışdı.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN