AZE | RUS | ENG |

Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər

Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər
Rasionda fruktozanın yüksək səviyyədə olmağı qaraciyərin yağları əritmək xüsusiyyətinə maneə törədir. Belə bir qənaətə Bostonun Coslin Diabet Mərkəzinin alimləri gəliblər.
Tədqiqatçılar bildiriblər ki, qlükozanın müvafiq miqdarı metabolizmin göstəricilərinə bu şəkildə təsir göstərmir.
Araşdırmanın müəllifi, Harvard Tibb Məktəbinin professoru Ronald Kan "fruktozanın qaraciyəri yağ yığmağa məcbur etdiyini” müəyyən edib. O, rasiona əlavə edilən böyük miqdarda yağla, demək olar ki, eyni təsir göstərir. Onun sözlərinə görə, qlükozanın səviyyəsinin artırılması isə, qaraciyərin yağları əritməsinə və əslində daha sağlam metabolizmə kömək edir.
"Tədqiqatın ən vacib nəticəsi isə fruktozanın rasionda yüksək miqdarının orqanizmə zərərli olduğunu müəyyən etməyimizdir”, - deyə Kan vurğulayıb.
Alimlər araşdırma apararaq, heyvanlar üzərində altı müxtəlif pəhrizin metabolizmə təsirini müqayisə ediblər. Bu pəhrizlərdə qlükoza, fruktoza, eləcə də yağ səviyyəsinin müxtəlif birləşmələri istifadə edilib.
Alimlər CPT1a fermentinin aktivliyini nəzarət altında saxlayıblar. Belə ki, bu ferment mitoxondrinin yağ əridərkən işlərini düzgün şəkildə yerinə yetirməyinə cavabdehdir.
Tədqiqatçılar müəyyən ediblər ki, rasionda yağ və fruktoza yüksək olan zaman fermentin səviyyəsi aşağı olur və mitoxondrilər düzgün işləmirlər.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289