• çərşənbə, 24 Aprel, 21:34
  • Baku Bakı 23°C

Alim Quliyev: “Depozit hərraclarında iştirak edən bankların sayı 5 dəfə artıb”

23.11.17 12:10 2565
Alim Quliyev: “Depozit hərraclarında iştirak edən bankların sayı 5 dəfə artıb”
"Azərbaycan Mərkəzi Bankının depozit hərraclarına bankların marağı artır”.
"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarəHeyətinin sədr müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, bankların depozit hərraclarında iştirakı 5 dəfə artıb.
"Hazırda depozit hərraclarında iştirak edən bankların sayı 20-yə yüksəlib. Bu il ərzində banklar tərəfindən Azərbaycan Mərkəzi Bankının likvidlikvermə alətlərinə tələb olmayıb”, - deyə A.Quliyev vurğulayıb.
banner

Oxşar Xəbərlər