• cümə axşamı, 28 mart, 23:01
  • Baku Bakı 13°C

Alim Qasımov Meksikada konsert verib

22.10.14 14:59 1112
Alim Qasımov Meksikada konsert verib
Ölkəmizin dünya şöhrətli muğam ifaçıları - Alim Qasımov və qızı Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edirlər
Bu barədə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən Trend-ə verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən məşhur “Beynəlxalq Servantino Festivalında və Mexiko şəhərinin “Şəhər Teatrı”nda müvəffəqiyyətli çıxışlar edən Alim Qasımov və Fərqanə Qasımovanın ölkənin Merida şəhərinin Peon Kontreras de Merida Teatrında (“Teatro Peon Contreras de Merida”) və Quadalaxara şəhərinin Deqoyado de Teatrında (“Teatro Degollado de Guadalajara”) daha iki konsert proqramı ilə çıxışları nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər