AZE | RUS | ENG |


Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb

Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
Mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.
 
Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na dəyişiklik edib.
 
APA-nın məlumatına görə, dəyişikliyə əsasən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.
 
Mədəniyyət və incəsənət ixtisasları qrupuna "İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)”, "Xanəndəlik”, " Vokal ifaçılığı (sahələr üzrə)”, "Aşıq sənəti”, Dirijorluq (növlər üzrə)”, "Bəstəkarlıq”, "Musiqi tarixi”, "Musiqi nəzəriyyəsi”, "Populyar musiqi və caz ifaçılığı”, "Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)”, "Aktyor sənəti (sahələr üzrə)”,  "Dekorativ sənət (sahələr üzrə)”, "Rejissorluq (sahələr üzrə)”, "Operator sənəti (sahələr üzrə)”, "Rəngkarlıq (sahələr üzrə)” , "Qrafika (sahələr üzrə)”, "Heykəltəraşlıq” və "Dizayn (sahələr üzrə)”ixtisasları əlavə edilib. Texniki və texnoloji ixtisaslar qrupuna isə neft-qaz mühəndisliyi üzrə "Yatağın qiymətləndirilməsi və idarə olunması”, kimya mühəndisliyi üzrə "Neft və qaz texnologiyası” ixtisasları əlavə edilib.
 
Beləliklə, ali təhsilin magistratura səviyyəsi üzrə mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb. İndiyə qədər bu qrup üzrə ali təhsilin magistratura səviyyəsində cəmi 46 ixtisas olub. Dəyişikliyə əsasən bu qrupp üzrə 18 yeni ixtisas yaradılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1763
TRY 1 Türk lirəsi 0.4764
KWD 1 Küveyt dinarı 5.5938
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.8492
CHF 1 İsveçrə frankı 1.7091
USD 1 ABŞ dolları 1.7022