• cümə axşamı, 28 mart, 23:52
  • Baku Bakı 13°C

“Ali təhsildən gözləntilər”

21.11.17 14:38 1930
“Ali təhsildən gözləntilər”
Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika barədə məlumat verilməsi və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsi olub.
Seminarda "Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb.
Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.
Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.
Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayı iki dəfə artıb.
"Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə qeyd edib ki, 2015-ci ilin dekabr ayından dünyanın aparıcı elmi platforması olan "Web of Science” ilə əməkdaşlıq nəticəsindəAzərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrininbu elmi bazada indekslənənməqalələrinin sayı 57 faiz artıb. Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub.
Seminarda pedaqoji ixtisaslara qəbul olunanların, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son 3 il ərzində 541 nəfərin fəlsəfə doktoru,103 nəfərin elmlər doktoru elmi dərəcələrini alması barədə məlumat verilib.
Sonra təqdim edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər