• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Ali təhsil müəssisələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb - Fotolar

03.11.16 14:46 1132
Ali təhsil müəssisələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb - Fotolar
Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Levitskaya və prorektoru Andrey LixovidAzərbaycan Texniki Universitetində (AzTU) olublar.

Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Universitet haqqında ətraflı məlumat verib və son illər yaradılan şəraitlə qonaqları tanış edib.

Alina Levitskaya isə öz nöbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, Şimali-Qafqaz Federal Universiteti Stavropol Regional-Şimali Qafqaz Dövlət Texniki Universiteti və Pyatigorsk Texniki Universitetinin birləşməsi nəticəsində yaradılıb. Hazırda Universitet çoxsaylı elmi və innovativ layihələrdə iştirak edir və həmçinin mədəniyyətlərarası danışıqlarda mühüm funksiyaları icra edir.Rektor Alina Levitskaya onu da əlavə edib ki, 10 istiqamət üzrə kadrlar hazırlanan Universitetin Azərbaycandan 85 tələbəsi var. Bu sayın çoxaldılması və bilik mübadiləsinin səmərəli təşkili üçün əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi aparılıb və gələcəkdə görüləcək işlərin razılığı əldə edilib.

Daha sonra hər iki universitet nümayəndələrinin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə təcrübə mübadiləsi, elmi-metodiki konfranslar, müştərək layihələr, texnika, təhsil sahələrində elmi-tədqiqat işlərinin təşkili, müəllim-tələbə, magistr və doktorantların mübadiləsi nəzərdə tutulub.

Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.

banner

Oxşar Xəbərlər