• cümə, 26 Aprel, 11:17
  • Baku Bakı 12°C

Ali Rada səfərbərlik elan etdi

22.07.14 12:48 1383
Ali Rada səfərbərlik elan etdi
Qərarın lehinə 232 xalq deputatı səs verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Ukrinform" xəbər yayıb.
Qanuna görə, səfərbərlik qərarın qüvvəyə mindiyi gündən 45 sutka ərzində həyata keçirilir.
Qanuna izahedici qeyddə deyilir: "Qismən səfərbərlik haqqında qərarın qəbul edilməsi zərurəti Ukrayna ərazisində dinc sakinlərin, hərbi qulluqçuların, hərbi qurumların və hüquq-mühafizə orqanlarının işçilərinin ölümünə səbəb olan terrorizm təzahürlərinin yayılmasından irəli gəlir".
Həmçinin səfərbərliyin tətbiqi üçün səbəb "sərhəddə Rusiya qoşunlarının cəmləşməsi" olub.
Sənəddə deyilir: "Qismən səfərbərliyin elan edilməsi zəruriliyi, həmçinin Ukraynanın dövlət sərhədinin yanında Rusiya Federasiyasının əhəmiyyətli hücum potensialına malik qoşun qruplaşmalarının cəmləşdirilməsi, hücum təhlükəsi, Ukraynanın dövlət müstəqilliyinə təhlükədir".
banner

Oxşar Xəbərlər