AZE | RUS | ENG |

Ali məktəblərə qəbulda dəyişiklik

Ali məktəblərə qəbulda dəyişiklik
Azərbaycanda mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər

Yaxın illərdə Azərbaycanda orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

"Biz hələ ki, bununla bağlı məsləhətləşirik, ictimai fikri öyrənirik. Amma hər halda bəzi ölkələrin təcrübəsi göstərir ki, bu sistem özünü doğruldur, bəzilərinin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri öyrənməliyik", - Hacıyev bildirib.

O, əlavə edib ki, ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil.

"Şəxsən mən bu gün testin ləğvini deyil, onun daha da təkmilləşdirilməsinin tərəfdarıyam. Testlərin hazırlanma səviyyəsi, "Təhsil haqqında" qanunda nəzərdə tutulan bəzi müddəaların olduğu kimi təsbit olunması, regional mərkəzlərin yaradılması, abituriyentlərə maksimum səviyyədə seçim imkanlarının yaradılmasıdır. Artıq bu təcrübələr tətbiq olunur", - Hacıyev əlavə edib.

O qeyd edib ki, "Ali təhsil haqqında" qanun layihəsi yekunlaşmayıb. Layihə hazırda işçi qrupu səviyyəsində hazırlanır.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056