• şənbə, 20 Aprel, 15:09
  • Baku Bakı 23°C

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

03.08.17 12:20 787
Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib
2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir. Dövlət İmtahan MərkəzindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki,bu gün saat 11:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 19 939 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 18 145-i Azərbaycan, 1 794-ü isə Rus bölməsinin məzunlarıdır.
İxtisas seçimi edən 19 939 abituriyentin 6 404-ü I, 5 950-si II, 5 817-si III, 1 768-i isə IV ixtisas qrupu üzrə sənəd verib.
Qeyd edək ki, avqustun 5-dən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayacaq. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər edə biləcək.
banner

Oxşar Xəbərlər