• cümə, 29 Mart, 15:49
  • Baku Bakı 14°C

Ali məktəblərə qəbul olan 1303 nəfər tələbə olmaq şansını itirdi

04.09.13 16:15 1410
Ali məktəblərə qəbul olan 1303 nəfər tələbə olmaq şansını itirdi
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin ali məktəblərdə qeydiyyatı saat 17.00-da başa çatıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Bu il ali məktəblərə 33 798 nəfər qəbul olunub, lakin onlardan ümumilikdə 32 701 nəfər qeydiyyatdan keçib. Bu isə 96.75 faiz deməkdir.
Ali məktəblərin vakant yerlərinə gəlincə, komissiyadan bildirilib ki, qeyd olunan yerlərə 938 nəfər qəbul olunub, onlardan da 732 nəfər (78 faiz) ali məktəblərdə qeydiyyatdan keçib.
11 illik təhsil bazasından kolleclərə qəbul olunan 8243 nəfərdən 7248 nəfəri (87.93 faiz) qeydiyyat prosesində iştirak edib.
Xatırladaq ki, TQDK-nın yaydığı məlumatda bildirilirdi ki, qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
banner

Oxşar Xəbərlər