• cümə axşamı, 25 aprel, 08:51
  • Baku Bakı 14°C

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

28.04.16 17:54 1225
Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb
2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbər görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-də başa çatacaq. Bu gün saat 17:30-dək ali məktəblərə 81327 nəfər ərizə verib. Onlardan 74192 nəfəri Azərbaycan, 7135 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32566-sı I, 22799-u II, 20295-i III, 5667-si isə IV ixtisas qrupu seçib. Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
banner

Oxşar Xəbərlər