• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

19.03.14 17:09 1159
Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı
Azərbaycanda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən (həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün) internet vasitəsi ilə ərizələrinin qəbulunun vaxtı açıqlanıb.
Milli.Az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından anspress-ə verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.
Qeyd edək ki, ərizə qəbulu haqqında elanın tam mətni “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilərək təqdim olunacaq.
banner

Oxşar Xəbərlər