• cümə, 29 Mart, 13:21
  • Baku Bakı 14°C

Ali məktəblərdə təhsil alanların çoxu qızlardır? - Açıqlama

27.09.13 12:46 1313
Ali məktəblərdə təhsil alanların çoxu qızlardır? - Açıqlama
Azərbaycanın əsas ali məktəblərində təhsil alan qızların sayı açıqlanıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetdə təhsil alanların 85%, Bakı Dövlət Universitetində 75%, Rəssamlıq Akademiyasında 80%, Naxçıvan Müəllim Universitetində 90%, Azərbaycan Dillər Universitetində 80%-dən çoxu, Azərbaycan Tibb Universitetində 65%-i qızlardır.
M.Abbaszadə qeyd edib ki, rezidenturaya qəbul olunanlar da əsasən qızlardır: “Bununla da Azərbaycanda tibb sahəsində oğlanların çatışmazlığı hiss olunur”.
TQDK sədri qeyd edib ki, Azərbaycanda ali məktəblər arasında ixtisas seçimində də oğlanlar və qızlar müxtəlif istəkləri nümayiş etdiriblər. Onun sözlərinə görə, Bakı Qızlar Universitetinə də yalnız qızlar daxil olub: “Təsadüfi olaraq, bir oğlan həmin universiteti ərizəsində yazıb və qəbul olunub. Lakin sonradan TQDK-nın apellyasiyasına müraciət edib ki, məni ora qəbul etmirlər. Komissiya da onun balına uyğun olaraq digər ali məktəbə yerləşdirib”.
banner

Oxşar Xəbərlər