• cümə axşamı, 28 mart, 14:38
  • Baku Bakı 16°C

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı

25.09.20 13:30 413
Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı
2020-2021-ci tədris ili üçünali məktəblərə qəbul olanən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki,bu il tələbə adı qazananən yaşlı şəxsin 49, ən gəncinin isə 15 yaşı var.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
banner

Oxşar Xəbərlər