AZE | RUS | ENG |

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
 
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 17-si saat 10:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 53, II qrup üzrə 607, III qrup üzrə 17, IV qrup üzrə 116, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.
 
Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 9200 nəfər ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.
 
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964