“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qalibləri mükafatlandırılıb
Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə
Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
11-ci
Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin "BEU
Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin "CtrlZ” komandası
2-ci, ADA Universitetinin "ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin
"BHOS2” komandası 4-cü yer tutub.
Qaliblər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və
Diplomlarla, habelə "Nar” operatoru və
"BestComp Group” şirkətinin qaliblərə təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Olimpiadanın
məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki
biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə qaliblər
sırasından seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.
Olimpiada
iki mərhələdə keçirilir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın "www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən
komandaların qeydiyyatı aparılır. Hər bir komanda 1 müəllim (rəhbər qismində)
və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə
maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.
Olimpiadanın
final mərhələsinə isə hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən
yalnız bir komanda vəsiqə qazanır.
Bu
il respublika üzrə 24 ali təhsil
müəssisəsindən 52 komanda "www.olimpiada.az” saytında qeydiyyatdan keçərək Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt
ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də,
Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya
Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il
Olimpiadaya xüsusi maraq göstərib.
Bu
il Olimpiadada müxtəlif komandaların tərkibində təmsil olunan iştirakçıların
sayı 200 nəfərdən çox olub ki, onlardan da 20 nəfərdən çoxu qızlar olub.
Olimpiadanın
final mərhələsində isə respublika üzrə 16 ali təhsil müəssisəsinin, o cümlədən 4-ü
bölgələrdən olan 16 komandası iştirak edib və ən yaxşı nəticə göstərən 4
komanda qalib olub.