• cümə axşamı, 25 aprel, 12:28
  • Baku Bakı 23°C

Ali Məhkəmədə Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şikayətinə baxılacaq

29.12.17 12:15 720
Ali Məhkəmədə Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şikayətinə baxılacaq
AXCPsədrinin müavini Fuad Qəhrəmanlı vəMüsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin kassasiya şikayəti üzrəməhkəmənin vaxtı məlum olub.
Vəkil Fəxrəddin MehdiyevinAPA-ya verdiyi xəbərə görə, Fuad Qəhrəmanlı, Taleh Bağırzadəvə daha 16 nəfərin ittiham olunduğu "Nardaran işi" üzrə Ali Məhkəməyə verilənkassasiya şikayətinə fevralın 22-də baxılacaq.
Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, T. Bağırov Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.
F. Qəhrəmamlı isə hadisələrdən sonra saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrum olunub.
banner

Oxşar Xəbərlər