• cümə axşamı, 28 mart, 12:20
  • Baku Bakı 16°C

Ali Məhkəmə şəhid oğlu ilə bağlı qərarı açıqlayıb

31.12.18 15:00 882
Ali Məhkəmə şəhid oğlu ilə bağlı qərarı açıqlayıb
Ali Məhkəmədə Xaçmazda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilənOrxan Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakimFərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlüİlqar Ələkbərovhadisə yerində ölüb.
İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.
Bakı Ağır Cinayətlər Məhkəməsininhökmüilə o,5 ilmüddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkməlidir. Hökmdən narazı qalan dövlət ittihmaçısıapellyasiya protestiverib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.
Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
banner

Oxşar Xəbərlər