AZE | RUS | ENG |


Ali Məhkəmə bloqger Mehman Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib

Ali Məhkəmə bloqger Mehman Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib
Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda Mehman Hüseynovun vəkilləri çıxış ediblər. Onlar M. Hüseynov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.

Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib.
 
Daha sonra Ali Məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti  qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
 
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
 
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001