• cümə axşamı, 28 mart, 18:53
  • Baku Bakı 13°C

Ali Media Mükafatını kimlər aldı?

23.07.14 11:28 2004
Ali Media Mükafatını kimlər aldı?
Bu il 1-ci dərəcəli Ali Media Mükafatı heç kimə verilməyib.
Mükafatın 2-ci dərəcəsinə “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev və Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti layiq görülüb.
Ali Media Mükafatının 3-cü dərəcəsinə layiq görülənlərin siyahısı isə belədir: Salyan rayonunun “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, zərdabişünas alim Eldəniz Həsənov, “Azərbaycan” qəzetinin baş redaktor müavini Amil Novruzov, veteran jurnalistlər Şakir Yaqubov və Hidayət Elvüsal, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov və “Azərbaycan müəllimi” qəzeti.
Mükafatlar laureatlara iyulun 22-də milli mətbuatın yaranmasının 139-cu ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə təqdim olunub.
banner

Oxşar Xəbərlər