Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Azərbaycanın Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyası Ali Baş Komandan tərəfindən uğurla həyata keçirildi.
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının, eləcə də əsgərlərin qələbə ruhu, onların döyüş əzmi ermənilərdə vahimə yaratdı, düşmən kəndlərdə texnikaları ataraq qaçmağa məcbur oldu. Azərbaycan dövlətinin sülhsevər siyasəti, apardığı çevik diplomatiya Kəlbəcər, Ağdam və Laçının bir şəhid belə vermədən, bir güllə belə atılmadan işğaldan azad edilməsinə imkan verdi:
2021 iş elanları
İ.Həbibbəyli əlavə edib ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistan rəhbərliyinə müharibəni dayandırması barədə çağırışlar etsə də, onlar buna məhəl qoymadı. Amma sonda – noyabrın 10-da Nikol Paşinyanın məğlub ölkənin miskin baş naziri kimi bəyanata imza atması onun müharibəni aparmaq iqtidarında olmadığını bəyan etdi.