• cümə axşamı, 25 aprel, 19:38
  • Baku Bakı 21°C

Ali Baş Komandan: "Aprel döyüşlərində Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib"

31.03.17 15:30 692
Ali Baş Komandan: "Aprel döyüşlərində Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib"
"Son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görülüb".
APA-nın xəbərinə görə, bunu prezident, Ali Baş Komandanİlham Əliyevaprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.
O bildirib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: "Əks təqdirdə daş-daş üstə qalmazdı”.
Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən Ali Baş Komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezidentİlham Əliyevsilahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.
banner

Oxşar Xəbərlər