• cümə axşamı, 18 aprel, 19:34
  • Baku Bakı 21°C

Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev vəfat edib

19.12.16 16:14 1050
Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev vəfat edib
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib.

Mərhumun ailəsindənAPA-ya verilən məlumata görə, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.

Akademikin xəstəliyi açıqlanmayıb.

A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

Allah rəhmət eləsin!

Qeyd edək ki, akademikin vəfat etməsi barədə xəbəri ilk olaraq "Qafqazinfo" saytı yayıb.
banner

Oxşar Xəbərlər