“Aləm gözəl”ə qarşı “Dünya gözəl”

“Aləm gözəl”ə qarşı “Dünya gözəl”

Mədəniyyət
11 Dekabr 2012, 16:59 1318
“Aləm gözəl”in ətrafında bəlkə də yeni qalmaqalın yaranmasına rəvac verəcək addım atılıb. “ATV Maqazin” verilişində “Aləm gözəl”ə qarşı “Dünya gözəl” adlı mahnı yazdığını deyən Ramal, Abbas Bağırovla arasındakı mahnı davasını yeni məcraya yönəldə bilər.

“Bu mahnını mən şəxsən bu söz-söhbətlərə görə yazdım. Uğurlu da alınıb. Bəzi adamlara demək istəyirəm ki, məni rahat həzm eləsinlər. Mahnılarımı da həmçinin. Ürəyiniz istəyən mahnımı da götürüb oxuyun, amma xahiş edirəm ki, adımı çəkəsiniz. İstəmirəm ki, haqqımı tapdalasınlar” – deyə Ramal bildirib.
Xatırladaq ki, bir müddət öncə Brilliant Dadaşova Abbas Bağırovun ifa etdiyi “Aləm gözəl” mahnısını oxuyub. Mahnının ideyasının özünə aid olmasını irəli sürən xalq artisti bununla qalmaqala rəvac vermiş olub. A.Bağırov efir vasitəsilə B.Dadaşovaya “Aləm gözəl”in bəstəkarının iş adamı Anar Məmmədov olduğunu deyib. Əlavə edib ki, A.Məmmədov mahnını məhz onun oxumasını istəyib.
A.Məmmədov da özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı mövqeyini bildirərək, mahnının ona məxsus olduğunu qeyd edib.