“Aləm gözəl” qalmaqalında yeni nüanslar ANONS

“Aləm gözəl” qalmaqalında yeni nüanslar ANONS

Mədəniyyət
31 Oktyabr 2012, 10:56 1461
“Aləm gözəl” mahnısı ətrafında yaranan qalmaqal səngimək bilmir. Mahnının bəstəkarının nəqliyyat nazirinin oğlu, tanınmış iş adamı Anar Məmmədov, yoxsa müğənni Ramal olması ətrafında suallar hələ də dəqiq cavabını tapmayıb.

Mahnının gerçək bəstəkarı olduğunu iddia edən Ramalla əlaqə saxlamağa çalışdıq. Müğənninin mobil telefonuna cavab verən və özünü onun meneceri adlandıran Bahadır Qasımov kaspi.az-a bildirib ki, müğənni heç vaxt mobil telefon gəzdirmir və ona ünvanlanan bütün zənglərə o, cavab verir. Əvvəlcə hansısa toyla bağlı zəng etdiyimizi güman edən menecer məsələnin mahiyyətini bilincə artıq bu barədə danışmaq istəmədiklərini dedi:

“Artıq Ramal yeni layihələr üzərində işləyir. Bu, onun yazdığı mahnılardan biridir. Ramal istedadlı adamdır. Bu mahnını yazıb, indi də başqa mahnı yazacaq”.

Xatırladaq ki, mövzu ilə bağlı araşdırma apararkən yeni maraqlı nüanslar ortaya çıxıb. Gün ərzində «Aləm gözəl» mahnısı ətrafında yaranmış ajiotajla bağlı yeni faktlar olan geniş yazı təqdim edəcəyik.